Ukraynada 623 nəfər koronavirusdan ölüb

Ukraynada 623 nəfər koronavirusdan ölüb
  25 May 2020    Oxunub:3110
Ukraynada son sutkada koronavirusa 259 yeni yoluxma qeydə alınıb, aşkar edilmiş ümumi yoluxma sayı 21 245-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov deyib. Onun sözlərinə görə, indiyədək xəstəlikdən 623 nəfər (son 24 saatda 6 nəfər) vəfat edib.

Virusa yoluxanlardan 1546-sı uşaq, 4112 nəfəri tibb işçisidir. Bu günə kimi 7234 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti