Gürcüstanda koronavirusa yoluxanların sayı 731-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 731-ə çatdı
  25 May 2020    Oxunub:2993
Gürcüstanda koronavirusa yoluxanların sayı 731 nəfərə çatıb.
Azvision.az “Stop.Cov” saytına istinadən xəbər verir ki, son sutkada bir yeni yoluxma qeydə alınıb.

Hazırda 3076 nəfər karantində saxlanılır, daha 300 nəfərin stasionar şəraitdə müalicəsi davam etdirilir.

İndiyə kimi 526 nəfər koronavirusdan sağalıb, 12 xəstə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti