Ermənistanda koronavirus xəstəsi qəzaya düşdü

Ermənistanda koronavirus xəstəsi qəzaya düşdü
  25 May 2020    Oxunub:4064
Ermənistanın Syunik bölgəsində koronavirus xəstəsini daşıyan təcili yardım maşını qəzaya uğrayıb.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə 51 yaşlı İrəvan sakini Vardan Babayanın idarə etdiyi “Jinbei” və 52 yaşlı Artur Mirakyanın idarə etdiyi "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Ekspertiza zamanı təcili yardım maşınının sürücüsü Babayanın həddindən artıq sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Qəzadan sonra xəstə digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisədən zərər çəkənlər barədə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti