Ərdoğan İlham Əliyevə zəng etdi

  25 May 2020    Oxunub : 4018
 Ərdoğan İlham Əliyevə zəng etdi
Mayın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidentinə və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.

Prezident İlham ƏliyevPrezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Azvision.az

Teqlər: İlham-Əliyev   Ərdoğan   Prezident