Tramp illik maaşını ABŞ-ın ehtiyacları üçün bağışlayıb - FOTO

Tramp illik maaşını ABŞ-ın ehtiyacları üçün bağışlayıb -  FOTO
  25 May 2020    Oxunub:3809
ABŞ lideri Donald Tramp prezident vəzifəsində ilk gündən illik maaşını Birləşmiş Ştatların ehtiyacları üçün ödədiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter” hesabında yazıb.

"Mən lap əvvəldən özümün illik maaşımı 400 min dollardan 450 min dollara qədər hökumətimizə verdim və verirəm. Son qəbzi ABŞ Səhiyyə Nazirliyinə COVID-19 ilə mübarizəyə kömək məqsədilə bağışladım. Bu, mənim üçün çox böyük bir şərəfdir", - deyə Tramp əlavə edib.

Xatırladaq ki, daha əvvəl keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Keyli Makinani Trampın Prezident maaşından 100 min ABŞ dollarını koronavirusun müalicəsi və profilaktikası üçün dərman hazırlanması məqsədilə Səhiyyə Nazirliyinin hesabına köçürməsinə dair qəbz nümayiş etdirib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti