Özbəkistanda COVID-19-a yoluxma sayı artdı

Özbəkistanda COVID-19-a yoluxma sayı artdı
  25 May 2020    Oxunub:3382
Özbəkistanda son sutkada daha 16 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 3180-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"25 may səhər saatlarına olan məlumata görə, Özbəkistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 3180 nəfərdir”, - deyə nazirliyin açıqlamasında bildirilib.

Hazırda 602 xəstənin müalicəsi davam edir, onlardan üçünün vəziyyəti ağırdır.

Xatırladaq ki, Özbəkistanda ilk yoluxma halı martın 15-də Fransadan qayıdan bir qadında aşkarlanıb. İndiyədək 13 nəfər pandemiyanın qurbanı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti