Türkiyədə koronavirusdan daha 32 nəfər öldü

 Türkiyədə koronavirusdan daha 32 nəfər öldü
  25 May 2020    Oxunub:4502
Türkiyədə son sutka ərzində 32 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1141 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4340, yoluxanlar isə 156 min 827 nəfərə çatıb.

Türkiyədə indiyədək 118 min 649 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti