İrandakı zəlzələdə 16 nəfər xəsarət alıb - Yenilənib

  24 May 2020    Oxunub : 4115
 İrandakı zəlzələdə 16 nəfər xəsarət alıb -  Yenilənib
Bu gün İranda baş vermiş zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Bildirilib ki, bir nəfərə hadisə yerində, 15 yaralıya isə xəstəxanalarda tibbi yardım göstərilib.

***
İranda baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

Azvision.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Qeyd edək ki, bu gün İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də 5.2 bal gücündə zəlzələ olub.

Azvision.az

Teqlər: İran   Zəlzələ