Ölkədə koronavirusdan sağalanların sayı 2607-yə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 2607-yə çatdı
  24 May 2020    Oxunub:3512
Azərbaycanda indiyədək 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti