Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu

 Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu
  24 May 2020    Oxunub:4057
Azərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270 739 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti