İranla Türkiyə arasında sərhədlər açılacaq

 İranla Türkiyə arasında sərhədlər açılacaq
  24 May 2020    Oxunub:3579
İran Prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında hava sərhədlərinin açılmasını müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat yer alıb.

"Mövcud şərtlərdə, tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının yenidən başlaması zəruridir",- deyə Ruhani Ərdoğana bildirib.

Türkiyə Prezidenti isə bu mövzuda lazımi sərəncamların veriləcəyini deyib.

Ruhani və Ərdoğan, həmçinin koronavirus əleyhinə mübarizə mövzusunda təcrübə və məlumat mübadiləsi məsələlərini də müzakirə ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Ruhani  





Xəbər lenti