Mingəçevirdə 13 nəfəri maşın vurub, 10-u uşaqdır

 Mingəçevirdə 13 nəfəri maşın vurub, 10-u uşaqdır
  24 May 2020    Oxunub:4211
Mingəçevir şəhərində avtomobilin insanlara çırpılması nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan 10-u uşaqdır.
TƏBİB-dən Azvision.az -a bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"9 nəfər ambulator yardım göstərilərək evə buraxılıb. Xəstəxanada 4 nəfər saxlanılıb. Onlardan 2-nin vəziyyəti ağırdır, kəllə-beyin travması alıblar. Digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Mingəçevr   Qəza  





Xəbər lenti