Qırğızıstanla Tacikistan sərhədində yenə atışma olub

 Qırğızıstanla Tacikistan sərhədində yenə atışma olub
  24 May 2020    Oxunub:3283
Qırğızıstan və Tacikistan sərhədçiləri arasında növbəti dəfə silahlı insident olub.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Qırğızıstanın Batken vilayətinin Monok rayonunda qırğız sərhəd gözətçiləri “Vorux” tacik anklavının sakinlərinin ölkə ərazisində mal-qara otarmaq cəhdinin qarşısnı alıblar. Bundan sonra Tacikistan tərəfindən naməlum şəxslər qırğız sərhədçilərə atəş açmağa başlayıblar. Təxminən yerli vaxtla saat 11:40-da Qırğızıstan və Tacikistan sərhədçiləri arasında qısa müddətli atışma baş verib.

Məlumata görə, qırğız sərhədçiləri arasında ölən və ya yaralanan olmayıb. Hazırda dövlət sərhədində vəziyyət nisbətən sabitdir.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində vaxtaşırı yerli əhali və iki ölkənin sərhədçiləri arasında münaqişə yaşanır. Buna səbəb 980 km sərhədin 450 km-nin delimitasiya və demarkasiyası məsələsində razılığa gəlinməməsidir. Sonuncu dəfə sərhəd qarşıdurması mayın 8-də olub. Atışma nəticəsində Qırğızıstanın 3 hərbçisi yaralanıb, Tacikistan tərəfində iki nəfər xəsarət alıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti