Prezident İordaniya Kralını təbrik edib

Prezident İordaniya Kralını təbrik edib
  24 May 2020    Oxunub:3701
Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyirəm".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Təbrik  





Xəbər lenti