Sabiq spiker koronavirusdan öldü

  24 May 2020    Oxunub : 2882
Sabiq spiker koronavirusdan öldü
Qırğızıstan parlamentinin sabiq spikeri Mukar Çolponbaev koronavirusdan ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Çolponbaev bu gün 70 yaşında Respublika kliniki yoluxucu xəstəliklər xəstəxanasında vəfat edib.

O, mayın 5-də xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Mukar Çolponbaev 1995-1996-cı illərdə parlamentə rəhbərlik edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qırğızıstan   spiker