Rusiyalı aktrisa koronavirusa yoluxub

  24 May 2020    Oxunub : 2786
Rusiyalı aktrisa koronavirusa yoluxub
Rusiyanın Əməkdar artisti Alena Babenko koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə aktrisa "İnstaqram" hesabında məlumat yayıb.

Babenkonun sözlərinə görə, bu səbəbdən "Ulduzlarla rəqs" şousunda iştirakdan imtina etməli olub.

"Mən təkcə öz sağlamlığım üçün deyil, həm də dostlarımın və həmkarlarımın sağlamlığı üçün məsuliyyət daşıdım",- deyə sənətçi yazıb.

Aktrisa hazırda həkim nəzarəti altında müalcəsini davam etdirir və özünü yaxşı hiss edir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Aktrisa   Rusiya