Koronavirus qalmaqalı: Ermənistan Gürcüstandan üzr istədi

  Koronavirus qalmaqalı:  Ermənistan Gürcüstandan üzr istədi
  24 May 2020    Oxunub:4544
Ermənistan Səhiyyə Nazirliyi diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

Qeyd edək ki, Ermənistan Səhiyyə naziri Arsen Torosyan Gürcüstanda qəbul edilən və qüvvədə olan məhdudiyyətlərin təsirli, daha güclü və sərt olduğunu etiraf etsə də, Ermənistanda anti-epidemioloji sistemin qonşu ölkədən yaxşı olduğunu bildirib.

O, həmçinin Gürcüstanda koronavirusa yoluxmuş insanların sayılması metodologiyasına şübhə ilə yanaşıb. Torosyanın sözləri Gürcüstanda ciddi etiraza səbəb olub, tibb ictimaiyyəti ondan üzr istəməyi tələb edib.

Zalkaliani əlavə edib ki, səhiyyə naziri kimi rəsmi şəxsdən qonşu ölkəyə qarşı belə ifadə işlətmək böyük səhvdir. Rəsmi Tbilisinin etirazlarından sonra Ermənistan tərəfi geri addım ataraq qonşu ölkədən üzr istəyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Qalmaqal  





Xəbər lenti