Putin müsəlmanları təbrik edib

  24 May 2020    Oxunub : 2582
Putin müsəlmanları təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə ölkənin müsəlman əhalisini təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Müqəddəs Ramazan ayının sonunun qeyd edilməsi xüsusi mənəvi məna, özünü inkişaf etdirmənin, mənəvi təmizlənmənin yeni əvəzolunmaz təcrübəsini əldə etmək sevinci daşıyır".

Putin təbrikində qeyd edib ki, Rusiya müsəlmanları babalarının tarixi, mədəni, dini ənənələrinə böyük hörmətlə yanaşır və gənc nəsillərə tanıdır.

Azvision.az

Teqlər: Rusiya   Putin   Müsəlman   Təbrik