Səfirlik məşhur agentliyi Putindən üzr istəməyə çağırdı

Səfirlik məşhur agentliyi Putindən üzr istəməyə çağırdı
  24 May 2020    Oxunub:3559
Rusiyanın ABŞ-dakı səfirliyi Bloomberg agentliyini Prezident Vladimir Putinə olan etimadın aşağı düşməsi ilə bağlı dərc etdiyi məqaləyə görə üzr istəməyə çağırıb.

Azvision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Facebook" səhifəsində məlumat paylaşılıb.
"Bloomberg-in redaksiyası oxucularına hörmətsizlik etməkdə davam edir. Deyəsən, onların mənbələri yoxlayacaqları və real etibar səviyyəsini tapmayacaqlarına ümid edirlər. Real göstərici 67,9%-dir", - deyə səfirlik bəyan edib.

Səfirlik, həmçinin agentliyi peşəkarlıq və obyektivlik göstərməyə, həqiqi etimad göstəricilərini qeyd etməyə və oxuculardan daha bir yalan məlumata görə üzr istəməyə çağırıb.

Qeyd edək ki, agentliyin yaydığı məqalədə Rusiya Prezidentinə inanım 27 faizə düşdüyü iddia olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ValdimirPutin  





Xəbər lenti