Aventura şəhərində mayın 28-i Respublika Günü elan olundu

  24 May 2020    Oxunub : 2857
  Aventura şəhərində mayın 28-i Respublika Günü elan olundu
Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalanıb.
Azvision.az -ın məlumatına görə, mer Veysman Bəyannamədə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirir və başqalarını humanizm və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

E.Veysman 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.



Azvision.az

Teqlər: ABŞ