Çində son sutkada ölüm qeydə alınmayıb

Çində son sutkada ölüm qeydə alınmayıb
  24 May 2020    Oxunub:3868
Çində son sutkada koronavirusa 3 yeni yoluxma qeydə alınıb, 36 simptomsuz daşıyıcı aşkarlanıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində 3 nəfər xəstəlikdən sağalıb, ölüm halı qeydə alınmayıb.

Yeni yoluxmalardan biri Jilin əyalətində, digər ikisi isə Şanxay və Quandunda aşkar edilib.

Pandemiya başlayandan bu günədək Çində 82 min 974 nəfər koronavirusa yoluxub, 78 min 261 xəstə sağalıb, 4634 nəfər dünyasını dəyişib.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti