Ukraynada deputat ofisində ölü tapıldı

  23 May 2020    Oxunub : 3709
 Ukraynada deputat ofisində ölü tapıldı
Ukrayna Ali Radasının deputatı Valeri Davidenkonun Kiyevdəki ofisində meyiti aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

1973-cü il təvəllüdlü deputatın başından aldığı güllə yarasından öldüyü bildirilir. Onun cəsədinin yanında silah tapılıb.

İstintaq orqanları qətl versiyasını istisna etmirlər.

Azvision.az

Teqlər: Ukrayna   Deputat