Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək - Xəbərdarlıq

  Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək -    Xəbərdarlıq
  24 May 2020    Oxunub:7774
Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, mayın 23-ü gündüzdən 24-ü axşamadək Xəzər dənizi akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcək, 23-ü axşamdan 24-nə keçən gecə isə açıq dənizdə arabir 35-38 m/s-dək şiddətlənmə ehtimalı var.

Xəzər dənizində dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metr və daha çox olacağı gözlənilir.

Azvision.az


Teqlər: Hava   Külək   Xəbərdarlıq  





Xəbər lenti