İspaniyada 10 günlük matəm elan ediləcək

İspaniyada 10 günlük matəm elan ediləcək
  23 May 2020    Oxunub:3607
İspaniyada koronavirus qurbanlarının xatirəsinə matəm elan ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Pedro Sançes bildirib.

Onun sözlərinə görə, gələn həftənin ikinci günü elan olunacaq matəm 10 gün davam edəcək.

"Biz əsrin ən pis fəlakətini dayandırdıq. Ölkəmizin bərpası məsələsi hələ qarşıdadır. Hökumət çərşənbə axşamından başlayacaq matəmlə bağlı rəsmi bəyanat qəbul edəcək. Matəm on gün davam edəcək. Bütün dövlət qurumlarında və Hərbi Dəniz Donanması gəmilərində bayraqlar endiriləcək. Bu, matəmlə qurbanlarımızın xatirəsinə hörmətimizi göstərmək istəyirik”, - deyə hökumət rəhbəri vurğulayıb.

Xatırladaq ki, İspaniya koronavirus qurbanların sayına görə dünyada dördüncü yeri tutur. İndiyədək İspaniyada COVID-19 diaqnozu qoyulmuş 28,6 min insan ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Matəm   Koronavirus  





Xəbər lenti