Hacıqabulda silah-sursat aşkar edildi

Hacıqabulda silah-sursat aşkar edildi
  23 May 2020    Oxunub:3906
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti tədbir həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Hacıqabul rayon sakini O. Həsənov DİN-in “102 Zəng Mərkəzi” xidmətinə zəng edərək məişət tullantılarının atıldığı sahədə sellofan torbaların içərisində 1 ədəd qoşalüləli tüfəng, patronlar və qumbaraya bənzər vasitələr aşkar etdiyi barədə məlumat verib.

Dərhal RPŞ-nin əməliyyat-istintaq qrupu hadisə yerinə getmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Oradan 1 ədəd “İJ” markalı qoşalüləli tüfəng, 40 ədəd 7.62 mm-lik avtomat patronları, 6 ədəd 12.17 mm-lik MDZBZT, TŞK-nın və NSVP-nin ptronları, 1 ədəd RQK-zem markalı tank əleyhinə kumulyativ qumbara, 1 ədəd RQD-5 və 1 ədəd RQ-42 markalı hücum qumbaraları aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti