Moskvada bank filialını ələ keçirən şəxs tutuldu - YENİLƏNİB

 Moskvada bank filialını ələ keçirən şəxs tutuldu -  YENİLƏNİB
  23 May 2020    Oxunub:7064
Moskvanın mərkəzində “Alfa Bank”ın filialını ələ keçirən və bir neçə nəfəri girov götürən şəxs saxlanılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun üzərində saxta bomba aşkar edilib.

Həmin şəxsin banka borcunun olduğu bildirilir. Hadisənin bu səbəbdən baş verdiyi ehtimal edilir. Hazırda faktla bağlı araşdırma aparılır.

***
(15:30)

Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs “Alfa bank”ın filialında bir neçə nəfəri girov götürüb.

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, banka gələn cinayətkar oradakı insanları partlayış törədəcəyi ilə hədələməyə başlayıb.

O, şöbənin qapılarını bağlamağı tələb edib və zorla bir neçə işçini saxlayıb.

Hazırda polis hadisə yerində əməliyyat keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Moskva   Əməliyyat  





Xəbər lenti