Türkiyədə yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil - YENİLƏNİB

 Türkiyədə yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil -  YENİLƏNİB
  23 May 2020    Oxunub:12519
“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”.
Azvision.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib.

E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur: “Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzeti Of-Çaykara yolunda baş verən avtomobil qəzasında Azərbaycan əsilli 3 çay işçisinin yanaraq ölməsi haqqında məlumat yayıb.

***
(15:16)

Türkiyənin Trabzon şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi 61 MA 0611 dövlət nömrə nişanlı avtomobil elektrik dirəyinə çırpılıb, nəqliyyat vasitəsi daha sonra yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.







Azvision.az


Teqlər: Qəza   Türkiyə  





Xəbər lenti