Qazaxın kəndlərinə dolu düşüb

Qazaxın kəndlərinə dolu düşüb
  23 May 2020    Oxunub:4266
Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Azvision.az


Teqlər: Qazax  





Xəbər lenti