Azərbaycanda daha 6659 nəfər koronavirus testi verdi

 Azərbaycanda daha 6659 nəfər koronavirus testi verdi
  23 May 2020    Oxunub:4975
Azərbaycanda koronavirusla bağlı 22 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6659 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 259 min 155-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 60, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.



Azərbaycanda indiyədək 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti