Azərbaycanda 24 milyondan çox maska satışa çıxarılıb

 Azərbaycanda 24 milyondan çox maska satışa çıxarılıb
  22 May 2020    Oxunub:3497
Fevralın 24-dən bu günə qədər Azərbaycanda 24 milyondan artıq tibbi maska satışa çıxarılıb.
Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir.

"Satışa çıxarılan 24 milyon maskadan 18 milyonu satılıb. Hazırda 6 milyon tibbi maska ehtiyatda saxlanılır. Gün ərzində ölkədə 250 min maska istehsal edilir. Həmçinin, may ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək", - deyə İ.Məmmədov qeyd edib.

Azvision.az


Teqlər: Maska   Qərargah  





Xəbər lenti