Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var

  22 May 2020    Oxunub : 2032
Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var
"Azərbaycanda hamilə qadınlar arasında koronavirusa yoluxanlar var".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, virusa yoluxanlar arasında süni mayalanma ilə hamilə qalanlar da aşkar edilib.

TƏBİB sədri əlavə edib ki, onların vəziyyətində ağırlaşma olmayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Koronavirus