Rusiya ilə sərhəddə toplaşanlarla bağlı yeni açıqlama

 Rusiya ilə sərhəddə toplaşanlarla bağlı  yeni açıqlama
  22 May 2020    Oxunub:4103
"Rusiya və Azərbaycan sərhədlərində toplaşan şəxslərin ölkəyə gətirilməsi barədə müzakirələr aparılır".
Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, mayın 19- da 120 nəfər Rusiyadan Azərbaycana keçirilib: "Bu, karantin infrastrukturundan asılıdır".

İ.Məmmədov, həmçinin qeyd edib ki, Rusiyadan Azərbaycana gələnlər arasında virusa yoluxanlar 30 faiz təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti