Koronavirusla bağlı statistika - Ən çox yoluxma Bakıdadır

  22 May 2020    Oxunub : 2908
 Koronavirusla bağlı statistika - Ən çox yoluxma Bakıdadır
"Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb".
Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

"Yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür", - deyə TƏBİB sədri bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Koronavirus