Xaricdən gələnlərin 30 faizində koronavirus aşkarlandı

   Xaricdən gələnlərin 30 faizində koronavirus aşkarlandı
  22 May 2020    Oxunub:3353
Hazırda ölkədə 1139 nəfər karantindədir. Xaricdən Azərbaycana gələnlər arasında virusa yoluxanların sayı 20 faizdən çoxdur.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

R.Bayramlı qeyd edib ki, bu həftə 662 vətəndaş xaricdən ölkəyə gəlib.

"Hətta bir reyslə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib. Ağırlaşan və ölümlə nəticələnən faktların çoxu evdə özlərini müalicə etmək istəyənlərlə əlaqəlidir. Evdə özünü müalicəyə cəhdin qarşısı mütləq alınmalıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Virus  





Xəbər lenti