Azərbaycanda bir həftədə 365 nəfər koronavirusdan sağalıb

  22 May 2020    Oxunub : 2280
 Azərbaycanda bir həftədə 365 nəfər koronavirusdan sağalıb
Ötən həftə 365 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri qeyd edib ki, vəfat edənlərin sayına gəlincə, ötən həftə bu rəqəm 7 idisə, bu həftə daha 7 nəfər dünyasını dəyişib.

"Azərbaycanda epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək, sağalanların sayında ciddi artım əldə edə bilərik".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB