TƏBİB: Bu gün vəfat edənlərdən biri həkimdir

    TƏBİB:  Bu gün vəfat edənlərdən biri həkimdir
  22 May 2020    Oxunub:3091
"Bu gün vəfat edənlərdən biri 1962-ci il təvəllüdlü şəxs Gəncə şəhər xəstəxanasının həkimidir".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən həkimin digər xəstəlikləri olub: "O, 30 apreldə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göstərilən cəhdlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti