Pakistanda təyyarə qəzası: 107 nəfər öldü - (YENİLƏNİB)

  22 May 2020    Oxunub : 3158
Pakistanda təyyarə qəzası: 107 nəfər öldü - (YENİLƏNİB)
Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb. Bildirilib ki, Lahordan Karaçiyə uçan təyyarə hava limanının yaxınlığında qəzaya düşüb.

Pakistan Beynəlxalq Hava Yollarının nümayəndəsi Əbdül Səttar faktı təsdiqləyib.

Qeyd olunub ki, qəzaya uğrayan Airbus A-320 təyyarəsində 107 nəfər olub. Onlardan 99-u sərnişin, 8 nəfər ekipaj üzvüdür. Qəza zamanı 107 nəfərdən sağ qalan olmayıb.

Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Pakistan   qəza