Beyləqanda qəza: 1 ölü, 2 yaralı

  22 May 2020    Oxunub : 1590
Beyləqanda qəza: 1 ölü, 2 yaralı
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Beyləqan   Qəza