Ötən il 930 minə yaxın “ASAN Viza” verilib

 Ötən il 930 minə yaxın “ASAN Viza” verilib
  22 May 2020    Oxunub:2875
Ötən il "ASAN Viza" sistemi vasitəsilə 929.891 elektron viza verilib. Onlardan 375.443-ü beynəlxalq hava limanlarında özünəxidmət terminalları vasitəsilə verilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) 2019-cu il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, verilən vizalardan 107.352-si təcili viza olmaqla, 188.305-i qrup vizasını təşkil edir.

Qeyd edək ki, “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Viza  





Xəbər lenti