ASANçıların orta yaş həddi 32-dir

 ASANçıların orta yaş həddi 32-dir
  22 May 2020    Oxunub:3493
Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilən müsabiqə və müsahibələrin nəticələrinə əsasən, 84 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin (ASAN Xidmət) 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Dövlət Agentliyinin işçilərinin sayı 180 vahid artırılaraq 895 ştat vahidi təşkil edib. Əməkdaşların 58,5 faizi kişilər, 41,5 faizi qadınlardır, orta yaş həddi isə 32-dir.

Həvəsləndirici tədbirlər ilə bağlı qanunvericiliyə uyğun olaraq 33 fərdi və kollektiv qaydada mükafatlandırma həyata keçirilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-xidmət   Hesabat  





Xəbər lenti