Dövlət Xidməti vətəndaşların videoqəbulunu keçirəcək

Dövlət Xidməti vətəndaşların videoqəbulunu keçirəcək
  22 May 2020    Oxunub:1461
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək.
Azvision.az -ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən 31 may 2020-ci il tarixdə saat 10:00-da Xidmətin Aparatında vətəndaşların videoqəbulu keçiriləcək.

Bakı şəhərində yaşayan vətəndaşlar videoqəbulda iştirak etmək üçün Xidmətin Aparatına (Z.Əliyeva küçəsi 30) gələrək, respublikanın digər şəhər və rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlar isə yaşadıqları və qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə müraciət edərək müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra videoqəbulda iştirak edə bilərlər.

Azvision.az


Teqlər: General   Xidmət   Görüş  





Xəbər lenti