Qazaxda evdən 1200 manat oğurlanıb

Qazaxda evdən 1200 manat oğurlanıb
  22 May 2020    Oxunub:2087
Qazaxda evdən oğurluq edən keçmiş məhkum tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov saxlanılıb.

Azvision.az


Teqlər: Qazax   Oğurluq  





Xəbər lenti