Klinton prezident qızının qaçırılmasından yazdı

 Klinton prezident qızının qaçırılmasından yazdı
  22 May 2020    Oxunub:2358
ABŞ-ın keçmiş prezidenti Bill Klintonun və yazıçı Ceyms Pattersonun "Prezidentin qızı" adlı ikinci detektiv romanı 2021-ci ilin iyununda nəşr olunacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı "Publishers Weekly" nəşri məlumat yayıb. Kitab Alfred A. Knopf və Hachette tərəfindən nəşr ediləcək.

"Oxucular arasında ilk birgə romanın misilsiz uğuru ikinci iş üçün yaxşı bir əlamətdir. Beləliklə, Klinton və Patterson prezident trillerinin ustaları oldular",- deyə nəşriyyatın bəyanatında bildirilir.

Yeni triller Nyu-Hempşirə köçmüş keçmiş ABŞ prezidentinin qızının qaçırılması barədədir.

"İlk kitabın uğuruna görə minnətdaram. İnanıram ki, oxucular "Prezidentin qızı"nı da sevəcəklər", -deyə Klinton açıqlama verib.

Qeyd edək ki, Klinton və Pattersonun ilk ortaq romanı olan " Prezident yoxa çıxdı" 2018-ci ilin iyununda dərc edildikdən sonra ilk həftədə bestseller olub. Roman ölkəni potensial dağıdıcı kiberhücumdan qorumaq üçün gizli fəaliyyət göstərən ABŞ prezidentinin hekayəsindən bəhs edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BillKlinton  





Xəbər lenti