Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da möhkəmləndirilir

 Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da möhkəmləndirilir
  21 May 2020    Oxunub:4577
Mayın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, onlayn iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” Qanun layihəsi daxildir.

Komitə sədri məlumat verib ki, birinci sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

İkinci sənəd isə iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Fikir mübadiləsindən sonra hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Hikmət Məmmədov, Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşır oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov iştirak ediblər.

Azvision.az


Teqlər: Milli-Məclis   Sənəd  





Xəbər lenti