İntihara cəhd edən qızla bağlı araşdırma aparılır

İntihara cəhd edən qızla bağlı araşdırma aparılır
  21 May 2020    Oxunub:4913
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınan intihara cəhdlə bağlı məlumat yayıb.
Komitədən Azvision.az -a bildirilib ki, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı məlumat və video material yayılıb:

"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində bir qadın özünü tunelə ataraq intahar edəcəyini bildirib. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub, qadın xilas edilib.

Azvision.az



Teqlər: Komitə   İntihar  





Xəbər lenti