Hakim və prokurorlar vebinarda iştirak ediblər
Avropa, Asiya və Şimali Amerikanın 20-dən çox ölkəsindən 120-dən çox hakim və prokurorun iştirak etdiyi tədbirə Azərbaycanın birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokurorları və Ədliyyə Akademiyasının əməkdaşları qatılıblar.
Təlimdə Milli Ədliyyə İnstitutunun direktoru xanım Miqlena Taçeva, Avropa Hakimlərin Tədrisi şəbəkəsinin baş katibi, hakim Markus Brukner çıxış edərək hakimlərin təlimləri baxımından belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Vebinarda pandemiya dövründə maliyyə və iqtisadi cinayətlər, kibercinayətkarlıq, dələduzluqla mübarizə kimi aktual məsələlər müzakirə olunub. ABŞ-ın Ədliyyə Departamentinin Bolqarıstan və Rumıniya üzrə şöbəsinin hüquq məsləhətçisi xanım Cessika Kim mövzu ətrafında məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Azvision.az
Teqlər: Ədliyyə Prokurorlar