Dövlət 10 milyon maska ehtiyatını təmin edib - RƏSMİ

 Dövlət 10 milyon maska ehtiyatını təmin edib -  RƏSMİ
  21 May 2020    Oxunub:4440
Azərbaycan bazarı koronavirusa qarşı qoruyucu vasitələrlə, o cümlədən də maskalarla tam təmin olunur.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, mayın 12-də 386 min, 13-də 344 min, 14-də 259 min, 15-də 245 min maska satılıb.

"Karantin rejiminin yumşalması ilə əlaqədəar olaraq maskadan istifadənin də artacağı nəzərə alınır. Ölkə gündəlik 450-500 min maska tələbatının ödənilməsinə də hazırdır. Dövlət təqribən 10 milyon maska ehtiyatını da təmin edib", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti