“Ermənistana böhran əleyhinə hökumət lazımdır” - Vanetsyan

“Ermənistana böhran əleyhinə hökumət lazımdır” -  Vanetsyan
  21 May 2020    Oxunub:1878
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan ölkədə yeni antiböhran hökuməti formalaşdırmağın zəruriliyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Vanetsyan “Twitter”də yazıb.

Onun sözlərinə görə, koronavirusun yayılma tempi, sosial-iqtisadi gərginliyin artması ölkə üçün ciddi təhlükə yaradır.

"Humanitar fəlakətin qarşısını almaq üçün bütün qüvvələri birləşdirən və ölkəni bu vəziyyətdən çıxaracaq yeni, böhran əleyhinə bir hökumət lazımdır", - deyə Vanetsyan bildirib.

Xatırladaq ki, Vanetsyan MTX-nin rəhbəri vəzifəsindən 2019-cu ilin sentyabrında çıxarılıb. Həmin vaxtdan bəri hakimiyyətin tənqidçilərindən birinə çevrilib. Bu ilin fevral ayında isə siyasi partiya yaratdığını elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti