Ermənistanda virusa yoluxanların sayı 5600-ü keçdi

Ermənistanda virusa yoluxanların sayı 5600-ü keçdi
  21 May 2020    Oxunub:4004
Ermənistanda son sutka ərzində koronavirusa 335 yeni yoluxma qeydə alınıb, üç xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 5606 nəfərdir. Bu günə kimi 2581 nəfər sağalıb, 2928 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında ölkədə koronavirusla bağlı vəziyyətin pis olduğunu etiraf edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti