Milli Məclisdə komitə iclası keçiriləcək

Milli Məclisdə komitə iclası keçiriləcək
  21 May 2020    Oxunub:3149
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
Parlamentdən Azvision.az -a verilən məlumata görə, gündəliyə iki məsələ daxildir.

Bunlar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir. Hər iki sənəd ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Deputatlar sənədlərin müzakirəsi zamanı öz fikirlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Parlament   Qanun  





Xəbər lenti